ABŞ İrana qarşı sanksiyalar siyahısına 14 şəxs və 5 şirkət əlavə edib.
Tvit.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Məhdudiyyətlər İraq, BƏƏ, Suriya və Livan vətəndaşlarına şamil edilir. Sanksiyaya məruz qalan şirkətlər isə İraq, BƏƏ və Livanda qeydiyyatdan keçib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısına daxil edilmiş şəxslər və qurumlarla maliyyə əməliyyatlarına icazə verən lisenziyaların verilməsi prosedurunda dəyişikliklər elan edib.
Departamentin saytında yerləşdirilən sənədə əsasən, belə müraciətlər rədd ediləcək. Lakin müraciətlərin nəzərdən keçirilməsi qanunla tələb olunduğu və ya müraciət edən şəxsin həyatı və ya sağlamlığı üçün təsdiqlənmiş təhlükə olduğu hallarda istisnalar tətbiq edilə bilər.
ABŞ-ın sanksiya siyahısına daxil edilmə həmin şəxslərin və qurumların ölkədəki aktivlərinin dondurulması, həmçinin ABŞ vətəndaşları və şirkətlərinin onlarla iş görməsinin qadağan edilməsi deməkdir.
Aysel Şirinova