ABŞ Səudiyyə Ərəbistanı və Yəmən hökuməti ilə Qırmızı dənizdə regional təhlükəsizlik və sabitlik məsələləri üzrə “davamlı dialoq” aparır.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmisi “Əl-Cəzirə”yə açıqlamasında bildirib.
Rəsmi şəxs Qırmızı dənizdə husilərin əldə etdiyi nailiyyətlərlə bağlı suala cavab olaraq Vaşinqtonun regional sabitliyin təmin edilməsi istiqamətində Səudiyyə Ərəbistanı və Yəmən hökuməti ilə müzakirələri davam etdirdiyini deyib.
Onun sözlərinə görə, ABŞ əsas milli təhlükəsizlik maraqlarını qorumağa, o cümlədən Qırmızı dənizdə naviqasiya azadlığını təmin etməyə diqqət yetirir.
Rəsmi əlavə edib ki, Vaşinqton eyni zamanda regional tərəfdaşlarına təhlükəsizlik problemlərinin idarə olunması və həllində liderlik etmək imkanı yaratmağa çalışır.
Aysel Şirinova