Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ofis üçün kreslolar satın alıb.
Tvit.az xəbər verir ki, Agentliyin keçirdiyi satınalmanın qalibi “Baku Universal Supply” MMC olub.
Şirkətin təqdim etdiyi təklifin qiyməti 5 015 manat təşkil edib.
Beləliklə, satınalma üzrə 25 kreslonun hər biri orta hesabla 200,6 manata başa gəlib.
Aysel Şirinova