İran ABŞ sanksiyalarından yan keçmək və Çindən müxtəlif məhsullar almaq üçün barterə bənzər, beynəlxalq bank sistemindən kənar hesablaşma mexanizmindən istifadə edir.
Tvit.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, mexanizm çərçivəsində İran neftindən əldə olunan gəlirlər xüsusi hesablara yönləndirilir və həmin vəsait sonradan Çin şirkətlərinə ödənişlər üçün istifadə olunur. Bu yolla İran Çindən dərman, avtomobil, telekommunikasiya avadanlığı və infrastruktur layihələri üçün müxtəlif mallar əldə edir.
Elmin Alışov