Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran diplomatı MAQATE-nin qətnaməsini “siyasi alət” adlandırıb
dünya

İran diplomatı MAQATE-nin qətnaməsini “siyasi alət” adlandırıb

09-09-2026 23:00 18 Baxış
IMG

İranın Vyanadakı BMT-dəki səfiri Rza Nəcəfi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti tərəfindən qəbul edilən qətnaməni “siyasi alət” adlandırıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu gün MAQATE-nin İdarə Heyəti ABŞ, Böyük Britaniya, Almaniya və Fransa tərəfindən hazırlanmış qətnaməni qəbul edib. Sənəddə BMT müfəttişlərinin İranın nüvə obyektlərinə girişinə icazə verilməməsi ilə bağlı ölkənin BMT Təhlükəsizlik Şurasına şikayət edilməsi nəzərdə tutulur.

 

Nəcəfi İranın nüvə obyektlərinin yoxlanılması ilə bağlı gələcək tələblərə münasibət bildirərkən Tehranın yalnız “şərait və təhlükəsizlik imkan verdiyi dərəcədə” əməkdaşlıq edəcəyini deyib.

 

Qeyd edək ki, İran 2025-ci ilin iyununda İsrailin ölkənin nüvə proqramına qarşı hücumlarından sonra MAQATE-nin bəzi nüvə obyektlərinə girişinə icazə verməyib.

 

Aysel Şirinova