Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Agentlik biri 80 min manata 5 pikap alır
iqtisadiyyat

Agentlik biri 80 min manata 5 pikap alır

09-09-2026 20:00 21 Baxış
IMG

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi pikap tipli sərnişin nəqliyyat vasitələrinin satın alınması üzrə tender keçirib.

 

Tvit.az xəbər verir ki, tenderin qalibi “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti olub. Şirkətin təklifinin qiyməti 397 500 manat təşkil edib.

 

Satınalma çərçivəsində 5 ədəd pikap tipli sərnişin nəqliyyat vasitəsinin alınması nəzərdə tutulur. Beləliklə, bir nəqliyyat vasitəsinin orta qiyməti 79 500 manat təşkil edir.

 

Aysel Şirinova