Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər NASA-nın Yerüstü Nəzarət Sistemində ciddi təhlükəsizlik boşluğu aşkarlanıb
digər

NASA-nın Yerüstü Nəzarət Sistemində ciddi təhlükəsizlik boşluğu aşkarlanıb

21-08-2026 23:00 7 Baxış
IMG

NASA-nın kosmik gəmilərə və elmi cihazlara əmrlər göndərmək üçün istifadə etdiyi idarəetmə panelində ciddi təhlükəsizlik boşluğu aşkarlanıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, kibertəhlükəsizlik üzrə mütəxəssis Yuval Elbar tərəfindən müəyyən edilən problem sistemin internet üzərindən parol və əlavə identifikasiya tələb etmədən əlçatan olması ilə bağlıdır.

 

Araşdırmaya görə, bu boşluqdan istifadə edən kənar şəxslər sistemə icazəsiz giriş əldə edərək kosmik gəmilərə əmrlər göndərə bilərdilər.

 

Hadisə kosmik missiyaların idarə olunmasında istifadə edilən proqram təminatlarının kibertəhlükəsizliyinin əhəmiyyətini bir daha gündəmə gətirib.

 

Aysel Şirinova