Rusiya Federasiyası meşə yanğınlarında yardım üçün Serbiyaya İl-76 təyyarəsi göndərib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə meşə yanğınlarını söndürmək üçün Serbiya Respublikasına ekipaj və Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu ilə birlikdə İl-76 təyyarəsi göndərilib", - deyə məlumatda qeyd olunub.
Qeyd edilib ki, Serbiya yanğın vəziyyətinin kritik şəkildə artması və yaşayış məntəqələrinə təhlükə ilə əlaqədar Rusiyaya kömək üçün müraciət edib.
Aysel Şirinova