Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya 40 min nəfər evsiz qaldı: Dəhşətli zəlzələnin fəsadları açıqlandı
dünya

40 min nəfər evsiz qaldı: Dəhşətli zəlzələnin fəsadları açıqlandı

19-08-2026 12:00 19 Baxış
IMG

15 avqustda İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində təxminən 40 min insan evsiz qalıb, təxminən 12 min evə ziyan dəyib.

 

Tvit.az xəbər verir ki, bu barədə " Jakarta Globe" qəzeti İndoneziyanın Milli Fəlakətlərin Azaldılması Agentliyinə istinadən məlumat yayıb.

 

Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1182 nəfər yaralanıb. Fəlakət üç əyalətdə 16400 ailəyə təsir edib. Təsirə məruz qalan ərazilərdə 11925 ev, 663 təhsil müəssisəsi, 184 dövlət binası, 182 tibb müəssisəsi, 173 dini məkan və yollar və körpülər də daxil olmaqla onlarla digər infrastruktur obyekti zədələnib.

 

Xilasetmə xidmətləri itkin düşmüş şəxslərin axtarışını davam etdirir. Artıq təsirlənmiş ərazilərdə elektrik enerjisi demək olar ki, tamamilə bərpa olunub.

 

Aysel Şirinova