Yunanıstanda yayılan Qərbi Nil virusu artıq genişlənib.
Tvit.az-ın Yunanıstan mediasına istiandla verdiyi məlumata görə, şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 65 yaşdan aşağı şəxsdə aparılan laboratoriya müayinələri nəticəsində virus aşkarlanıb.
Hadisədən sonra Tiva ətrafında ağcaqanadlara qarşı təcili və hədəfli mübarizə tədbirlərinə başlanılıb.
Bildirilib ki, ilin əvvəlindən avqustun 5-dək Yunanıstanda 65 Qərbi Nil virusu yoluxması qeydə alınıb, 6 nəfər həyatını itirib. Ölənlərin hamısının 65 yaşdan yuxarı olduğu açıqlanıb.
Ötən ilin eyni dövründə ölkədə 35 yoluxma qeydə alınmışdı. 2025-ci il ərzində isə yoluxmaların sayı 96-ya çatmış, 10 nəfər virusdan ölmüşdü.
Aysel Şirinova