Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsrail qüvvələri fələstinli məhbusların üzlərinə nömrələr yazdırıblar
dünya

İsrail qüvvələri fələstinli məhbusların üzlərinə nömrələr yazdırıblar

18-08-2026 20:00 48 Baxış
IMG

İsrail qüvvələri işğal olunmuş Qərb Şəriyəsində basqınlar zamanı saxlanılan fələstinlilərin alnlarına rəqəmlər damğası vurub.

 

Tvit.az xəbər verir ki, İsrailin "Haaretz" qəzeti bildirib ki, ordu bazar ertəsi günü Ceninin cənubundakı Qabatiya şəhərində 100 binaya basqın etdikdən sonra hücum planlaşdırmaqda ittiham olunan iki fələstinlini saxlayıb.

 

Lakin Fələstin mənbələri reydlər zamanı daha çox sayda fələstinlinin saxlanıldığını bildirir.

 

Yerli məlumatlara görə, saxlanılanların bəziləri əsgərlər tərəfindən döyülüb.

 

Dindirilən bir neçə fələstinli üzlərinə və bədən hissələrinə nömrələr yazılmış şəkildə sərbəst buraxılıb.

 

Aysel Şirinova