Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərindən sonra Tokionun Rusiya əleyhinə açıqlamalarına görə Yaponiya səfirinə sərt etiraz bildirilib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi avqustun 18-də məlumat yayıb.
Rusiya XİN Yaponiya tərəfinin açıqlamalarını qəbuledilməz hesab edərək, bu məsələ ilə bağlı öz etirazını diplomatik kanallarla Tokioya çatdırıb.