Belçikada bərpa işləri aparan səkkiz işçi binanın təməlində təxminən 9 milyon avro dəyərində qızıl külçələr və sikkələr aşkar edib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Özlərini keçmiş əmlak sahiblərinin varisləri kimi təqdim edən bəzi şəxslərin müxtəlif sənədlərlə polisə müraciət etdikləri bildirilir. Qızılın mənşəyini və hər hansı hüquqi nəticələrin olub-olmadığını müəyyən etmək üçün polis araşdırmaları davam edir.
Elmin Alışov