Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Türkiyənin Turkcell şirkəti mobil abunəçi sayında tarixi rekorda imza atdı
digər

Türkiyənin Turkcell şirkəti mobil abunəçi sayında tarixi rekorda imza atdı

14-08-2026 22:00 27 Baxış
IMG

Türkiyənin telekommunikasiya şirkəti Turkcell 2026-cı ilin ikinci rübündə tarixi nəticəyə imza ataraq mobil abunəçilərinin sayını ilk dəfə 40 milyonu keçirdi.

 

Tvit.az xəbər verir ki, şirkətin açıqladığı maliyyə və əməliyyat nəticələrinə görə, Turkcell-in konsolidasiya edilmiş gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 71,8 milyard türk lirəsinə çatıb. Şirkət rübü 5,2 milyard lirə xalis mənfəətlə başa vurub.

 

Turkcell-in konsolidasiya olunmuş EBITDA göstəricisi 30 milyard lirə, EBITDA marjası isə 41,8 faiz təşkil edib. Şirkət bu dövrdə gəlirlərinin 23,2 faizini investisiyalara yönəldib.

 

5G xidmətlərinin istifadəyə verilməsi ilə başlayan dövrdə Turkcell mobil abunəçilərinin sayını 40 milyondan yuxarı çatdırıb.

 

Şirkət ikinci rübdə 243 min xalis mobil abunəçi qazanıb. Fakturalı xətt abunəçilərinin sayı isə 284 min artıb.

 

Sabit simsiz giriş bazarında 74 faizlik payla lider olan Superbox da rübdə 64 min xalis yeni abunəçi əldə edib. Bu, xidmətin 2020-ci ilin ikinci rübündən bəri qeydə aldığı ən yüksək rüblük göstəricidir.

 

Aysel Şirinova