Ukraynanın Odessa şəhərində Rusiya bayrağını asmağa cəhd edən qadına qarşı iş açılıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, o, Cinayət Məcəlləsinin 436-2-ci (“ Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzünü əsaslandırma, qanuni tanınma, inkar etmə , onun iştirakçılarının şərəfləndirilməsi”) maddəsi ilə ittiham olunub.
Saxlanılan şəxsi 3 ilə qədər həbs gözləyir.
Aysel Şirinova