Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Samuxda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə qeydə alınıb
hadisə

Samuxda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə qeydə alınıb

13-08-2026 09:00 70 Baxış
IMG

Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, rayonun Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.

 

İlkin məlumata görə, həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlərin Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləri olduğu bildirilir.

 

Zəhərləndiyi iddia edilən Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova, (1975), Azər Allahverdiyev (1980), Məlahət Allahverdiyeva (1976) xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma başlanılıb.