Sumqayıt sakini dənizdə çimərkən boğularaq ölüb.
Tvit.az Report-a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında baş verib.
Şəhər sakini, 1961-ci il təvəllüdlü Eldar Ləzgi oğlu İsayev dənizdə çimərkən boğulub.
Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.