Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Spotify-ın Android tətbiqində performans problemi: Şirkət araşdırmaya başlayıb
digər

Spotify-ın Android tətbiqində performans problemi: Şirkət araşdırmaya başlayıb

05-08-2026 22:00 19 Baxış
IMG

Spotify-ın Android tətbiqində son yeniləmələrdən sonra performans problemləri yaranıb. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Reddit və şirkətin icma forumlarında istifadəçilər tətbiqin yavaş işlədiyini, menyuların donduğunu və fon rejimində musiqinin dayandığını bildirirlər.

 

Şikayətlər həm köhnə, həm də flaqman Android telefonlarından gəlsə də, iOS və masaüstü tətbiqlərində oxşar problem müşahidə olunmur.

 

Artan narazılıqlardan sonra Spotify problemi rəsmi şəkildə təsdiqləyərək araşdırmaya başladığını açıqlayıb. Bəzi istifadəçilər keş yaddaşının təmizlənməsi və ya tətbiqin yenidən quraşdırılmasının müvəqqəti həll olduğunu bildirirlər.

 

Aysel Şirinova