Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Mingəçevirdə yeniyetmə kanalda batıb
hadisə

Mingəçevirdə yeniyetmə kanalda batıb

05-08-2026 20:00 32 Baxış
IMG

Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfər batıb.

 

Bu barədə "Tvit.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.