Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Son 6 ildə əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsait 2 dəfədən çox artıb
sosial

Son 6 ildə əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsait 2 dəfədən çox artıb

03-12-2024 09:00 28 Baxış
IMG

Son altı ildə (2018-2024) ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.

 

Tvit.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 mlrd. manat artım özünü göstərib.Həmin vəsait 2018-ci ildə 1,2 mlrd. manat təşkil edirdisə, hazırda 2,5 mlrd. manata yaxındır.