Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu göndərib.
Tvit.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Malavi Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".