Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran gəmilərin Hörmüz boğazında təsdiq edilmiş marşrutlardan istifadə etməli olduqları barədə xəbərdarlıq etdi
dünya

İran gəmilərin Hörmüz boğazında təsdiq edilmiş marşrutlardan istifadə etməli olduqları barədə xəbərdarlıq etdi

02-07-2026 21:00 17 Baxış
IMG

İranın birgə hərbi komandanlığı Hörmüz boğazından keçən gəmilərə təsdiq edilmiş marşrutlardan istifadə etmələri və ya "güclü cavab"la üzləşmələri barədə xəbərdarlıq edib.

 

Tvit.az xəbər verir ki, İran televiziya kanalının yaydığı bəyanatda deyilir: "Hörmüz boğazında İran İslam Respublikasının naviqasiya protokollarına əməl edilməməsi, təyin olunmuş marşrutdan yayınması və ya məhəl qoyulmaması silahlı qüvvələr tərəfindən dərhal və sərt cavabla qarşılanacaq".

 

Xatəm əl-Ənbiya hərbi komandanlığının xəbərdarlığı bir gəminin İran tərəfindən təsdiqlənməmiş marşrutdan istifadə edərkən Hörmüz boğazında saya oturmasından sonra gəlib.

 

Aysel Şirinova