Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Biz neytral deyilik, Ukraynanı dəstəkləyirik - Valtonen
dünya

Biz neytral deyilik, Ukraynanı dəstəkləyirik - Valtonen

30-06-2026 09:00 22 Baxış
IMG

Avropa İttifaqı (Aİ) Ukraynada sülhə nail olmaq üçün hər hansı şərtlərdən asılı olmayaraq israrla can atmamalı və münaqişədə neytral vasitəçi rolunda çıxış etməməlidir.

 

Tvit.az xəbər verir ki, bu barədə iyunun 28-də Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.

 

"Avropada elə bir təəssürat yaranmamalıdır ki, biz şərtlərdən asılı olmayaraq sülhə nail olmaq naminə danışıqlara çıxılmaz dərəcədə can atırıq. Biz neytral vasitəçi deyilik. Biz Ukraynanı dəstəkləyirik. Bunun üçün Avropa mümkün olan ən güclü şəkildə təmsil olunmalıdır", – deyə o, Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetinə müsahibəsində bildirib.

 

Bundan əlavə, Valtonen hesab edir ki, Avropa İttifaqının Rusiya ilə danışıqlar aparması üçün hələ vaxt yetişməyib. Onun sözlərinə görə, hazırkı mərhələdə Avropa üçün Rusiya ilə ticarət və ya siyasi əlaqələrin bərpası barədə düşünmək vaxtı deyil.

 

Aysel Şirinova