Qəzza səhiyyə rəsmiləri bildirib ki, İsrailin hücumları nəticəsində bu gün biri uşaq olmaqla beş nəfər həlak olub.
Tvit.az xəbər verir ki, Əl-Əqsa Xəstəxanasının açıqlamasında deyilir: "İsrail pilotsuz təyyarəsinin bir qrup mülki şəxsi vurması nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb". Xəstəxana qurbanlardan birinin səkkiz yaşlı uşaq olduğunu bildirib.
Qəzzanın mülki müdafiə agentliyi ayrıca olaraq, İsrailin Xan Yunisdəki çadıra endirdiyi hava hücumu nəticəsində iki nəfərin öldüyünü, 27-dən çox insanın isə yaralandığını bildirib.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabr ayında qüvvəyə minən "atəşkəs"dən bəri Qəzzada İsrail hücumları nəticəsində ən azı 1045 fələstinli həlak olub.
Aysel Şirinova