Banqladeşdə qızılca epidemiyasından ölənlərin sayı son 24 saat ərzində 712-yə çatıb.
Tvit.az bu barədə “Dhaka Tribune” istinadən xəbər verir.
Aprelin 10-dan bəri qızılca şübhəsi ilə xəstəxanaya yerləşdirilmiş insanların sayı 82.844-ə çatıb, 79.152 nəfər müalicədən sonra evə buraxılıb.
Qeyd edək ki, Banqladeşdə hökumət aprelin 7-də qızılca şübhəsi ilə çoxsaylı uşaqların ölməsindən sonra təcili peyvənd kampaniyasına başlamaq qərarına gəlib.
Elmin Alışov