Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ərəb ölkələrinin dəstəyi ilə konstruktiv dialoqa ümid edirik - Rubio
dünya

Ərəb ölkələrinin dəstəyi ilə konstruktiv dialoqa ümid edirik - Rubio

25-06-2026 12:00 19 Baxış
IMG

ABŞ administrasiyası ərəb ölkələrinin dəstəyi ilə İran hakimiyyəti ilə konstruktiv dialoqun qurulacağına və bir sıra razılaşmaların əldə olunacağına ümid edir.

 

Tvit.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio danışıb.

 

“ABŞ bu gün bu masa arxasında toplaşan bəzi tərəfdaşların vasitəçiliyi ilə İranla konstruktiv dialoqun qurulması və ümid edirik ki, müəyyən razılaşmaların əldə edilməsi imkanından istifadə etmək niyyətindədir. İnanırıq ki, bu proses çox müsbət nəticələr verəcək. Bu bizim ümidimizdir, biz buna açığıq və buna hazırıq”, – deyə ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

 

Aysel Şirinova