Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiyanın daha iki bölgəsində yanacaq satışı məhdudlaşdırıldı
dünya

Rusiyanın daha iki bölgəsində yanacaq satışı məhdudlaşdırıldı

24-06-2026 08:00 30 Baxış
IMG

Rusiyanın Kursk və Bryansk vilayətlərində tələbat və təchizat problemlərinin artması səbəbindən yanacaq satışı məhdudlaşdırılıb.


Tvit.az-ın məlumatına görə, bunu Kursk qubernatoru Aleksandr Xinşteyn sosial mediada deyib.


O, süni qıtlığın qarşısını almaq üçün nəqliyyat vasitələrinin saxlama çənlərindən başqa konteynerlərə yanacaq satışının qadağan edildiyini bildirib və dron hücumları təhlükəsi səbəbindən sərhəd bölgələrinə yanacaq çatdırılmasında bəzi çətinliklərin olduğunu qeyd edib.


Elmin Alışov