Birləşmiş Millətlər Təşkilatının (BMT) Katibliyinin rəhbərliyi hazırda acınacaqlı görünür və yeni baş katib seçilənə qədər vəziyyət yaxşılaşmayacaq.
Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıb.
"Ümumiyyətlə, BMT Katibliyinin rəhbərliyinin hazırkı vəziyyəti acınacaqlıdır. Təəssüf ki, bu vəziyyət yeni Baş katib seçilənə qədər dəyişməyəcək. Hazırda baş verdiyi kimi, BMT Katibliyindəki bütün əsas vəzifələrin NATO və Aİ üzvləri tərəfindən "özəlləşdirilməsi" vəziyyətinə son qoymaq vacibdir", - deyə xarici işlər naziri Ukraynadakı vəziyyətlə bağlı səfirlər səviyyəsində keçirilən dəyirmi masada bildirib.
Aysel Şirinova