Bərdə rayonunda kanaldan meyit tapılıb.
Tvit.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib.
Yevlax rayon sakini 2000-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb.
Faktla bağlı araşdırma aparılır.