Finlandiya Finland F-35 qırıcı təyyarələrinin təchiz edilməsi üçün ABŞ-dan GBU-53 tipli idarəolunan aviasiya bombaları alacaq.
Tvit.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi rəsmi saytında məlumat yayıb.
“Bu satınalma F-35 təyyarələrinin əldə olunmasına dair geniş proqram çərçivəsində daha əvvəl verilmiş sifarişi tamamlayır. Söhbət Finlandiyanın müdafiə qabiliyyətini gücləndirən yeni imkanlardan gedir”, – deyə Həkkänen bildirib.
Aysel Şirinova