Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pakistanın Baş naziri bu paylaşımını sildi
dünya

Pakistanın Baş naziri bu paylaşımını sildi

18-06-2026 09:00 33 Baxış
IMG

Pakistanın Baş naziri Şahbaz Şərif cümə günü İsveçrədə keçiriləcək ABŞ-İran sülh müqaviləsinin imzalanma mərasimi ilə bağlı Facebook-dakı paylaşımını silib.

 

Tvit.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

 

Daha əvvəl Pakistanın baş naziri münaqişə tərəfləri arasında anlaşma memorandumunun imzalandığını elan edən məlumat paylaşıb. Eyni paylaşımda o, imzalanma mərasiminin 19 iyunda İsveçrədə keçiriləcəyini bildirib.

 

Daha sonra,  Şərif İsveçrədən bəhs etmədən və imzalanma mərasimini elan etmədən mesajın yeni versiyası kimi görünən bir versiyasını dərc edib. 

 

Aysel Şirinova