ABŞ-ın İrana qarşı sanksiyaları məsələsi anlaşma memorandumunun imzalanmasından və sülh danışıqlarının aparılması üçün 60 günlük müddətin verilməsindən sonraya saxlanılacaq.
Tvit.az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
“İran memorandumda nüvə məsələsi ilə bağlı heç bir öhdəlik irəli sürmür və digər tərəf sanksiyaların qaldırılmasına öhdəlik götürmür. Əgər Tehran memorandumu imzalamaq qərarına gələrsə, dondurulmuş vəsaitlərinin bir hissəsi dərhal, qalan hissəsi isə tədricən azad ediləcək", - deyə məlumatda bildirilir.
Aysel Şirinova