Avropa Birliyi İsrailə qarşı sanksiyaları sərtləşdirmir, çünki bu məsələdə birlik yoxdur.
Tvit.az xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas bildirib.
"Bizim birliyimiz yoxdur. Mən daim eşidirəm: "Niyə Rusiya və Ukrayna ilə bağlı vahid mövqeyiniz var, amma İsraillə bağlı yox?" Tarixi səbəblərə görə: vəziyyətlə bağlı fərqli baxışlara malik ölkələr var və vahid mövqeyə nail olmaq olduqca çətindir", - deyə o, bildirib.
Aysel Şirinova