Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Aİ bu ölkələrə məhdudiyyətlər tətbiq edəcək - Kallas
dünya

Aİ bu ölkələrə məhdudiyyətlər tətbiq edəcək - Kallas

09-06-2026 15:00 51 Baxış
IMG

Yeni anti-Rusiya sanksiyalarının bir hissəsi olaraq, Aİ Çin, Türkiyə, BƏƏ və Hindistan da daxil olmaqla üçüncü ölkələrin şirkətlərinə qarşı ixrac məhdudiyyətləri tətbiq edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas X hesabında yazıb.

 

"Yeni siyahılara dron istehsalı ilə bağlı 30-dan çox məhsul, eləcə də Çin, Türkiyə, Qırğızıstan, Qazaxıstan, BƏƏ və Hindistanda yerləşən müəssisələr də daxil olmaqla 50 şirkətə qarşı yeni ixrac məhdudiyyətləri daxil ediləcək", - deyə Kallas qeyd edib.

 

Aysel Şirinova