Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Serbiya bu yay ABŞ ilə strateji dialoqa başlaya bilər
dünya

Serbiya bu yay ABŞ ilə strateji dialoqa başlaya bilər

08-06-2026 21:00 15 Baxış
IMG

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, Belqrad bu yay Vaşinqtonla strateji dialoqa başlaya bilər.

 

Tvit.az xəbər verir ki, Vuçiç bu barədə Pink televiziya kanalında bildirib:

 

"Biz həmçinin amerikalılarla işləyirik və düşünürəm ki, yayda ABŞ ilə strateji dialoqa başlaya biləcəyik".

 

Daha əvvəl Serbiyanın xarici işlər naziri Marko Djuriç Vuçiçin göstərişi ilə respublikanın ABŞ ilə "bütün sahələrdə" əməkdaşlığı inkişaf etdirmək üçün fəal şəkildə çalışacağını bildirmişdi.

 

Aysel Şirinova