Moskva NATO-nun hərbi infrastrukturu Rusiya sərhədlərinə yaxınlaşdıqca milli təhlükəsizliyi təmin etmək üçün lazımi addımlar atır.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə ki, bu proses müdafiə nazirliyimiz tərəfindən yaxından izlənilir. Rusiya bu inkişaflar fonunda öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görür”,- deyə Peskov bildirib.
Elmin Alışov