Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Ermənistandan balıq idxalına məhdudiyyəti artıra bilər
dünya

Rusiya Ermənistandan balıq idxalına məhdudiyyəti artıra bilər

08-06-2026 10:00 41 Baxış
IMG

Rusiya Ermənistandan balıq idxalına qoyulan məhdudiyyətləri genişləndirə bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

“Rusiya artıq Ermənistandan diri balıq idxalına məhdudiyyətlər qoyub. Əgər baytarlıq riskləri yarada biləcək amillər aşkar edilərsə və bu balıqlar daşındıqda baytarlıq təhlükəsizliyimizə təsir edərsə, şübhəsiz ki, əlavə addımlar atılacaq”, - deyə bildirilib.

 

Həmçinin qeyd edilib ki, Ermənistandan Rusiyaya soyudulmuş balıq da tədarük olunur.

 

"Ermənistan alabalıq (forel) idxalçılarının əhəmiyyətli bir hissəsi olub. Daxili bazarın doyması baxımından bunun heç bir təsiri olmayacaq. Bizdə kifayət qədər yerli alabalıq istehsalı var. Bundan əlavə, idxal Türkiyə də daxil olmaqla digər ölkələrlə əvəz olunacaq"- əlavə edilib.

 

Aysel Şirinova,

Tvit.az