Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqlədi
dünya

ABŞ Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqlədi

05-06-2026 08:00 18 Baxış
IMG

ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya əlavə yardım göstərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.


Tvit.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.


Təşəbbüsü Konqresin 226 üzvü dəstəkləyib, 195 nəfər isə əleyhinə səs verib. Sənəddə Rusiyanın hərəkətlərinin müntəzəm olaraq nəzərdən keçirilməsi, o cümlədən Ukraynadakı münaqişənin gedişatının qiymətləndirilməsi, potensial sülh müqavilələrinə riayət edilməsi və nizamlama danışıqlarında iştirak edilməsi tələb olunur.


Bundan əlavə, qanun layihəsi 2026 və 2027-ci maliyyə illərində Ukraynaya hər il 300 milyon dollar hərbi yardım ayrılmasını nəzərdə tutur.


Elmin Alışov