Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Britaniyanın sabiq naziri terrorçuluqda ittiham edildi
dünya

Britaniyanın sabiq naziri terrorçuluqda ittiham edildi

04-06-2026 16:00 8 Baxış
IMG

Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles Ukraynaya Krım körpüsünə zərbə endirmək üçün raketlərin verilməsi çağırışında ittiham olunur.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.

 

“Onun qiyabi olaraq Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunduğu bildirilir (informasiya və telekommunikasiya şəbəkələrindən, o cümlədən İnternetdən istifadə etməklə terror fəaliyyətinə açıq çağırışlar)”, — qurum qeyd edib.

 

Bildirilib ki, 2025-ci ilin sentyabr ayında Uolles Varşavada keçirilən Avropa ölkələrinin nümayəndələrinin “Təhlükəsizlik üzrə Varşava Forumu – 2025” konfransının iclasında Ukraynaya uzaqmənzilli raket silahlarının verilməsini açıq şəkildə çağırıb.

 

Aysel Şirinova