Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Tvit.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.