Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakılı qadın Rusiyada nazir postuna gətirildi
sosial

Bakılı qadın Rusiyada nazir postuna gətirildi

03-06-2026 17:00 16 Baxış
IMG

Larisa Kazakova Rusiyanın Penza vilayətinin təhsil naziri vəzifəsinə təsdiq edilib.

 

Tvit.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə məlumat region hökumətinin rəsmi saytında yer alıb.

 

O, 2026-cı ilin martından - əvvəlki rəhbər Aleksey Fomin işdən çıxdıqdan sonra nazir müavini vəzifəsini icra edirdi.

 

Qeyd edək ki, Larisa Kazakova 29 iyun 1977-ci ildə Bakıda anadan olub. 2002-ci ildə V.Q.Belinski adına Penza Dövlət Pedaqoji Universitetinin “Tarix” ixtisası üzrə bitirib. Penza şəhərindəki 37 nömrəli məktəbdə elmi-metodiki işlər üzrə direktor müavini çalışıb. 17 yanvar 2022-ci ildə isə Nəqliyyat Texnologiyaları Kollecinin kollektivinə direktor əvəzi kimi təqdim olunub.