İngiltərənin cənub-qərbindəki Okehampton şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
Tvit.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Bəyanatda deyilir: “Təcili yardım xidmətləri "Sourton Down" kəndi ərazisindəki sahədə baş vermiş helikopter qəzasının yerindədir.”
Helikopterin göyərtəsində neçə nəfərin olduğu hələ məlum deyil.
Hadisənin səbəbləri araşdırılır.
Aysel