Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp süni intellekt üzərində nəzarəti təmin etmək üçün fərman imzaladı
dünya

Tramp süni intellekt üzərində nəzarəti təmin etmək üçün fərman imzaladı

03-06-2026 11:00 15 Baxış
IMG

ABŞ Prezidenti Donald Tramp süni intellektin  yeni modellərinin milli təhlükəsizlik üçün yarada biləcəyi risklərin yoxlanılmasını nəzərdə tutan fərman imzalayıb.

 

Tvit.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, onun həmin sənədi təsdiqləməkdən imtina etməsindən təxminən iki həftə sonra baş verib.

 

Məlumata əsasən, qabaqcıl Sİ modelləri “milli təhlükəsizlik üçün yeni risklər yaradır”. Buna görə də dövlət qurumları 30 gün ərzində bu texnologiyaların ölkə üçün təhlükə dərəcəsini qiymətləndirməlidirlər.

 

Bildirilib ki, bundan əlavə, sənəd Sİ sahəsində kibertəhlükəsizliyə cavabdeh olacaq xüsusi bir qurumun yaradılmasını nəzərdə tutur.

 

Aysel Şirinova