Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri
sosial

Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri

03-06-2026 09:00 30 Baxış
IMG

Arıqlamaq üçün pəhriz saxlayanlar arasında populyar olan bəzi salatlar və xüsusilə çiy tərəvəzlərdən hazırlanan "Fırça" (Metelka) salatı sağlamlığa ciddi ziyan vura bilər.

 

Tvit.az xəbər verir ki, rusiyalı qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov Lenta.ru nəşrinə müsahibəsində bu növ pəhriz yeməklərinin gizli təhlükələri barədə xəbərdarlıq edib.

 

Həkimin sözlərinə görə, tərkibində çuğundur, yerkökü, kələm və limon şirəsi olan, qaba liflərlə zəngin "Fırça" salatı bağırsaqların fəaliyyətini stimullaşdırsa da, hər kəs üçün faydalı deyil:

 

"Bu yemək universal deyil. Məsələn, o, qastrit, xora və kolit kimi xəstəlikləri kəskinləşdirə bilər. Qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanlarda isə kəskin ishala yol aça bilər".

 

Mütəxəssis əlavə edib ki, kələm və çiy çuğundur qarında şişkinliyə meylli şəxslərdə ağırlıq hissi yaradır. Salatın tərkibindəki limon şirəsi isə həssas mədəsi olanlarda qıcıqlanmanı daha da artırır.

 

Y.Belousov sağlam həyat tərzi tərəfdarlarının sevdiyi digər bir pəhriz salatının da mədə-bağırsaq sistemində problem yarada biləcəyini vurğulayıb. Pekin kələmi, xiyar, yaşıl alma, şüyüd, keşniş və laym şirəsindən hazırlanan bu salatın tərkibində heç bir yağ yoxdur. Yağın olmaması isə orqanizmdə yağda həll olunan vitaminlərin mənimsənilməsinə mane olur. Bundan əlavə, həkim bu növ salatların uzunmüddətli toxluq hissi vermədiyini də diqqətə çatdırıb.