Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya britaniyalı jurnalistə qarşı qisas sanksiyaları tətbiq edib
dünya

Rusiya britaniyalı jurnalistə qarşı qisas sanksiyaları tətbiq edib

02-06-2026 22:00 14 Baxış
IMG

Rusiya  Böyük Britaniyanın jurnalist və ekspert dairələrinin beş nümayəndəsinə qarşı cavab sanksiyaları tətbiq edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

 

Bildirilib ki, Böyük Britaniya rəsmilərinin, Rusiya ilə bağlı əsassız iddiaların yayılması, həmçinin Londonun Kiyev rejimini silah və hərbi texnika ilə təmin etməyə yönəlmiş praktiki addımları Birləşmiş Krallıq rəhbərliyinin Rusiya ilə sərt və sistemli qarşıdurmanı davam etdirmək niyyətindən əl çəkmədiyini göstərir.

 

“Bu düşmənçilik xarakterli addımlara cavab olaraq, Rusiyanın “qara siyahısı”nın genişləndirilməsi barədə qərar qəbul edilib. Siyahıya Böyük Britaniyanın jurnalist və ekspert dairələrinin bir sıra nümayəndələri daxil edilib. Onlar Rusiya rəhbərliyinin siyasəti və ölkəmizdəki ictimai-siyasi hadisələr haqqında böhtan xarakterli fərziyyələrin və yalan məlumatların yayılmasında iştirak edir, həmçinin Ukraynadakı xüsusi hərbi əməliyyata cavab adı altında Moskvaya təzyiqin saxlanılmasına və artırılmasına çağırış edirlər.

Bundan əlavə, siyahıya təhlükəsizlik sahəsində fəaliyyət göstərən bəzi Britaniya şirkətlərinin rəhbərləri də daxil edilib. Rusiya XİN-in iddiasına görə, həmin şirkətlər Ukraynada guya humanitar layihələrin həyata keçirilməsi adı altında neonasist rejim üçün kadrların cəlb olunması ilə məşğuldurlar”, – deyə XİN-in bəyanatında qeyd olunub.

 

Aysel