Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Samuxda çayın kənarından 18 yaşlı gəncin meyiti tapıldı
hadisə

Samuxda çayın kənarından 18 yaşlı gəncin meyiti tapıldı

02-06-2026 11:00 42 Baxış
IMG

Samux rayonunda gənc oğlanın meyiti tapılıb.

 

Tvit.az-ın məlumatına görə, hadisə iyunun 1-i axşam saatlarında Kür çayının rayon ərazisindən keçən hissəsində sahildə baş verib. Rayon sakini 2008-ci il təvəllüdlü Emin Məmmədovun meyiti çayın sahilindəki ərazidə tapılıb.

 

İkin ehtimala görə, E.Məmmədov ürək tutmasından qəfil vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.