Livandakı atəşkəs müharibəyə son qoymaq üçün yekun razılaşmanın ayrılmaz hissəsidir.
Tvit.az-ın məlumatına görə, bunu İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Livandakı atəşkəs müharibəyə son qoymaq üçün yekun razılaşmanın ayrılmaz hissəsidir. Livanda baş verənlərdə dominant aktyor ABŞ-dır. Sionist rejim, zahirən atəşkəsə baxmayaraq, Livanda və işğal olunmuş Fələstin ərazilərində ən ağır və ən qəddar cinayətləri törətməyə davam edir”,- deyə sözçü bildirib.
Elmin Alışov