Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
idman

Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar

27-05-2026 15:00 9 Baxış
IMG

"Milan"ın və Xorvatiya milli komandasının ulduz yarımmüdafiəçisi Luka Modriç futbol karyerasını başa vurmağa hazırlaşır.

 

Tvit.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkira paylaşım edib.

 

Məlumata görə, 40 yaşlı xorvatiyalı futbolçu bu addımı 2026-cı il dünya çempionatından sonra atmağı planlaşdırır. Beləliklə, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialın Modriçin karyerasında son böyük turnir olacağı gözlənilir.

 

Maraqlıdır ki, bir müddət əvvəl mətbuatda Modriçin "rossonerilər"lə müqaviləsini yeniləmək niyyətində olmadığı və köhnə klubu "Real Madrid"ə qayıda biləcəyi barədə xəbərlər geniş yayılmışdı.

 

Qeyd edək ki, Xorvatiya DÇ-2026-da İngiltərə, Panama və Qana ilə birgə L qrupunda yer alıb.