Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb
sosial

Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb

27-05-2026 11:00 13 Baxış
IMG

Qəbələ şəhərinin Sura Kərimova küçəsinin təbii qazla qaz təchizatında müvəqqəti fasilə yaranıb.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Məlumata görə, küçədən keçən, diametri 108 mm olan qaz xəttində qaz sızması aşkarlanıb. Bununla əlaqədar, bu gün saat 10:15-dən həmin küçənin qaz kəsilib. Təmir-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa olunacaq.