Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfirliyi ölkə xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Tvit.az xəbər verir ki, təbrik diplomatik missiyanın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
"Qurban Bayramınız mübarək! Bu xüsusi gündə biz Azərbaycan xalqına sülh, birlik və firavanlıq arzulayırıq. Qurban bayramı bizə həmrəylik, mərhəmət və səxavət dəyərlərini xatırladır. Bu bayram sizə və yaxınlarınıza sevinc, sağlamlıq və sülh gətirsin", - paylaşımda bildirilib.